Yuxarı

Bəzi insanlar bu işləri görməyəcək qədər kordur – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi insanlar bu işləri görməyəcək qədər kordur – Müsahibə

Axar.az politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir:

- Qabil bəy, ölkə daxilində və xarici ölkələrdə fəaliyyət göstərən bəzi qruplar ölkə rəhbərliyinin COVİD-19 əleyhinə gördüyü işləri yetərli hesab etmir. Sizcə, nə qədər haqlıdırlar?

- Azərbaycan koranavirusla mübarizədə dünyanın qabaqcıl, inkişaf etmiş ölkələri səviyyəsində mübarizə aparır. Bu gün ölkədə aparılan qabaqlayıcı tədbirlər ölkə xaricində də yaxından izlənilir. Etiraf etmək lazımdır ki, Avropa ölkələrinə nəzərən Azərbaycan sərhədləri vaxtında bağladı və birinci növbədə ölkə xaricindən gələcək təhlükəni effektiv tərzdə azaltdı. Ölkə daxilində karantin rejiminin tədbiq edilməsi isə birbaşa vətəndaşların təhlükəsizliyinə dair atılmış addımdır. Xüsusi ilə bu gün 65 yaş və üzəri insanların küçəyə çıxmamasının istənilməsi ölkə rəhbərliyinin xüsusi ilə bu yaz qrupuna olan diqqətinin təcəssümüdür. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, bu gün ölkəmizdə bu virusa yoluxan insanlar var.

Təbii ki, virusun fəsadlarından qorunmaq üçün birinci növbədə öz üzərimizə məsuliyyət düşür. Lakin virusa yoluxan insanların sağalması üçün işlər görülür. Bu cür geniş miqyaslı işin fonunda təbii ki, hər zaman olduğu kimi, əks düşüncəli insanlar da var. Başda AXCP rəhbərliyi olmaqla, “beşinci kolon”un xaricdəki təmsilçiləri gecə-gündüz təbliğat aparırlar. İlk olaraq onu deyim ki, bunlar görülən işlərə kölgə salma cəhdidir. Bu gün görülən işlər göz qabağındadır. Hər halda bu işləri görməmək üçün kor olmaq lazımdır. Lakin bir reallıq da var ki, bəzi insanlar sadəcə bu işləri görmək istəmirlər.

- Koronavirusa yoluxan insanlara dəstək içərisində daha çox qiymətləndirdiyini məqamlar hansıdır?

- Ən uğurlularından biri “Yeni klinika”nın açılmasıdır. Hazırda bu klinikada koronavirus xəstələrinə lazımi tibbi yardım göstərilir. Onu da qeyd edim ki, bu klinikanın açılması bir neçə ay sonra üçün nəzərdə tutulmuşdu. Bu klinika açılışı birbaşa ölkə başçısının iradəsi ilə sürətləndi və yüksək səviyyədə təhvil verildi.

Ölkədə tibbi qoruyucu maska və spirtə olan təlabatın ödənməsi, karantində saxlanılan insanların böyük əksəriyyətinin 4-5 ulduzlu otellərə, Atletlər kəndinə və s. yerləşdirilməsi, koronavirusla mübarizə aparan tibb işçilərinin maaşının 5 dəfəyə yaxın artırılması, o cümlədən modeul tipli xəstəxanaların tikintisi üçün vəsait ayrılması və sürətli bir şəkildə bu prosesə başlanılması... Görülən işlər həddən artıq çox və genişmiqyaslıdır.

Tarix
2020.04.12 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla