Yuxarı

BMT fəaliyyətini dayandıra bilər? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT fəaliyyətini dayandıra bilər? – Şərh

Bir çox dövlətlər koronavirus pandemiyası səbəbilə başda BMT olmaqla, üzv olduqları beynəlxalq təşkilatlardan dəstək tələb edirlər. Bu təşkilatlar isə lazımi dəstəyi göstərə bilmirlər. Düşünürəm ki, koronavirusdan sonra təşkilatların bir çoxu fəaliyyətini dayandıra bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov koronavirus pandemiyasından sonra beynəlxalq təşkilatların hansı durumda olacağı haqda danışarkən deyib. Politoloq bildirib ki, beynəlxalq təşkilatların fəallığı heç də uğurlu deyil:

“Koronavirus pandemiyası təkcə ölkələri deyil, beynəlxalq təşkilatları da böhran vəziyyətinə salıb. Xüsusilə mən burada Avropa Birliyini misal göstərə bilərəm. Bu gün Avropa koronavirusdan ən çox zərər çəkən regiondur. İtaliya, İspaniya kimi ölkələr dəfələrlə Avropa Birliyindən yardım tələb ediblər, lakin müsbət reaksiya gəlməyib. Başqa təşkilatlar da bu mövqeyi sərgiləyiblər. Haqlı olaraq üzv ölkələr bu səbəbdən beynəlxalq təşkilatlardan narazıdır”.

Politoloq qeyd edib ki, bir çox beynəlxalq təşkilat öz iş üslublarını ciddi ölçüdə dəyişməlidirlər:

“Koronavirus pandemiyası xüsusilə BMT üçün böyük sınaqdır. Faktiki olaraq son 20 il ərzində bu təşkilatın təsiri önəmli dərəcədə azalıb. Başqa sözlə desək, əsaslı bir fəaliyyətlə yadda qalmayıb. Düzdür, bu təşkilatın fəaliyyətini dayandıracağını demək çətindir, lakin bir həqiqət öz aktuallığını qoruyur: ölkələrin BMT-yə inamı qalmayıb”.

Tarix
2020.04.14 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla