Yuxarı

Jdanov: Biz imtina etdik, Bakı isə hərbi gücünü artırır... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jdanov: Biz imtina etdik, Bakı isə hərbi gücünü artırır... - Video

09:00

Dünyadakı vəziyyəti nəzərə alsaq, bu gün öyrəşdiyimiz təhlükəsizlik sistemlərinin çökməsi ərəfəsində yaşadığımız zamanda Azərbaycanın müdafiə təyinatlı məhsulunun istehsalının artımı çox təqdirəlayiqdir.

Bu barədə Axar.az-a açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra yeni era başlayacaq - hərə özünə cavabdeh olacaq.

“Azərbaycan hərbi potensialının artımına sosial xərclərin azaldılması və ya əhalinin həyat səviyyəsinin aşağı salınması bahasına nail olmur. Bu isə ancaq məmnuniyyət doğura bilər. Hazırda Azərbaycan Ordusunun döyüş effektivliyinin artmasını müşahidə edərək, Bakının öz ölkəsinin milli təhlükəsizliyinə nə qədər diqqət yetirdiyini qeyd etmək olar. Müqayisə üçün deyim ki, məsələn, Ukrayna dünyada baş verən prosesləri nəzərə alaraq, əksinə, təəssüf ki, hərbi islahatlar proqramlarını sonlandırmaq məcburiyyətində qalıb”, - deyə həmsöhbətimiz qeyd edib.

Ekspert hazırda Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını geri qaytarmaq üçün əməliyyata başlamağa hazır olduğunu vurğulayıb:

“Azərbaycan Dağlıq Qarabağ ərazisini bir hərbi əməliyyat, bir hərbi sıçrayışla geri qaytararaq, məsələni həll edə bilər. Əlbəttə ki, Bakı münaqişəyə bu və ya digər şəkildə təsir edə biləcək bir sıra amilləri, daha doğrusu, mane olmaq istəyənləri nəzərə almasa”.

Tarix
2020.04.15 / 21:46
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla