Yuxarı

Bu, dünyanın yeganə təşkilatıdır ki... - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, dünyanın yeganə təşkilatıdır ki... - İlham Əliyev

Beynəlxalq tədbirlərdən danışarkən, əlbəttə ki, Azərbaycanın təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü qeyd etməliyəm. Azərbaycan keçən ilin oktyabr ayında bu təşkilatda sədrliyi öz üzərinə götürmüşdür.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.

"Bu təşəbbüs irəli sürüldü. Bildirməliyəm ki, Türk Şurası bu günə qədər dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik və qəbul edilmiş yekun Bəyannamə bir daha göstərdi ki, bizim təşkilatımızın çox möhkəm əsasları var və ağır gündə biz bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü burada çox yerində və vaxtında atılmış addımdır, bütün həmkarlarım bunu qeyd etmişlər", - Prezident qeyd edib.

Tarix
2020.04.15 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla