Yuxarı

Nazir: Koronaya qarşı maliyyə resursları səfərbər olunub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Koronaya qarşı maliyyə resursları səfərbər olunub

Bu ilin əvvəlində Çin Xalq Respublikasında yeni növ koronavirus (COVİD-19) infeksiyasının aşkarlanması, yüksək sürətlə yayılması və pandemiyaya çevrilməsi istisnasız olaraq bütün dünya dövlətlərini, o cümlədən Azərbaycan Respublikasını tədqiq olunmamış təhlükə ilə üz-üzə qoyub.

Axar.az xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə bildirib.

"Pandemiya insanların ənənəvi həyat tərzini pozaraq, hətta inkişaf etmiş dövlətlərin səhiyyə sistemlərini xəstə axını qarşısında aciz qoyub. Eyni zamanda, iqtisadiyyatın bir çox sahələrini qeyri–müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına və ticarətinə ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb.

Bununla birgə, bəzi neft hasil edən ölkələr arasında ticarət çəkişmələrinin başlanması ölkəmizin xarici valyutada gəlirlərinin kəskin azalmasına, tədiyə balansının pisləşməsinə gətirib çıxarıb ki, bunu biz məhz ötən rübün mart ayının iqtisadı göstəricilərində müşahidə edirik.

Bu qeyri-standart xarici mənşəli şoklar şəraitində Azərbaycan Respublikasının Prezidentinin bir çox dövlətlərə örnək olmuş erkən və qətiyyətli qərarları xəstəliyin ölkəmizdə yayılma sürətinin azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə mübarizə imkanlarının artırılmasına, bununla da insan həyatının qorunmasına yönəldilib. Qərarların həyata keçirilməsi üçün zəruri kadr, inzibati və maliyyə resursları səfərbər olunub.

Dövlət başçısının tapşırığına müvafiq olaraq xərclərin prioritetliyi yenidən qiymətləndirilərək mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb.

Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir", - S.Şərifov qeyd edib.

Tarix
2020.04.15 / 02:29
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla