Yuxarı

İslahatlar dövrü: müxalif liderlərlə görüşün səbəbləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslahatlar dövrü: müxalif liderlərlə görüşün səbəbləri...

Dövlət başçısı nitqində ölkədə aparılan siyasi islahatlardan da bəhs etdi. Xüsusilə bu istiqamətdə müvafiq addımların atılacağını da vurğuladı. Bu islahatlar ilk növbədə Azərbaycanda siyasi sabitliyin qorunmasına xidmət edir. Onu da deyim ki, son zamanlar müxalif partiya liderləri ilə görüşlərin keçirilməsi, aparılan dialoqlar bunun bariz nümunəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, ölkə başçısı bu ilin ilk 3 ayının sosial iqtisadi yekunlarının uğurlu olduğunu qeyd edib:

“Müşavirədə də vurğulandığı kimi, aparılan islahatlar bu gün öz bəhrəsini verir. Bu islahatlar 2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra başladı. 2019-cu il ölkəmizin tarixinə genişmiqyaslı islahatlar ili kimi daxil oldu. 2020-ci il ərzində islahatlar daha da dərinləşdi”.

Deputat bildirib ki, Prezidentin nitqindən ölkədə iqtisadi sabitliyin qorunması yönündə səy göstərməsi hiss olunurdu:

“Cənab Prezident xüsusilə vurğuladı ki, biz artıq koronavirusdan sonrakı dövrü də düşünməliyik. Bu məqsədlə həm mövcud vəziyyətdən minimum zərərlə çıxmalı, həm də sonrakı illərin planlamasını aparmalıyıq. İlk növbədə bu gün makroiqtisadi sferada sabitliyin və tarazlığın qorunub saxlanmasını təmin etməli, əhalinin məşğulluq problemlərini həll etməli, maliyyə sabitliyimizi qoruyub saxlamalıyıq. Bu istiqamətdə dövlətimiz çox ciddi addımlar atır. Bununla bağlı 4 İşçi Qrup fəaliyyət göstərir”.

Tarix
2020.04.16 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla