Yuxarı

Tixanski: Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Koronavirus pandemiyasından sonra dünya fərqli olacaq. Əvvəlcə bəşəriyyət içməli su qıtlığı ilə üzləşəcək. Bu insanlıq üçün daha qlobal problem olacaq.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski deyib. Onun sözlərinə görə, koronavirus əslində dünyaya dövlətlərin imkanlarını göstərdi:

“Koronavirus AB-də səhiyyə institutlarının olmadığını üzə çıxdı. Bu o deməkdir ki, Avropa Birliyinin səlahiyyətlərinə tibb aid deyil. Avropanın bütün səhiyyə sistemi milli səviyyədə qurulub. Məlum oldu ki, Avropada tibbi sığorta ölkələri bu problemdən qorumağa qadir deyil”.

Tixanskinin sözlərinə görə, sivilizasiyamız Ümümdünya Tənzimləmə İnstitutunun (Dünya Hökuməti) yaradılması üçün bəzi addımlar atmalı olacaq:

“Bu “Dünya hökuməti” planetin bəzi qlobal problemlərini həll etməli olacaq. Pandemiyadan sonra bəşəriyyət içməli su, sonra qida qıtlığı ilə üz-üzə qalacaq. Hər şey Afrika qitəsindən başlayacaq. Təsəvvür edin, onmilyonlarla insan içməli su çatışmazlığından öləcəkdir. Su böhranı ərzaq qıtlığına səbəb olacaq. Ac adam isə azad ola bilməz, onu bir çörək və ya bir qurtum suya almaq olar. Bu isə bəşəriyyətin quldarlıq quruluşuna qayıtması deməkdir. Məhz bu səbəbdən bu tip qlobal proseslər bir institut tərəfindən həll olunmalıdır”.

O bildirib ki, pandemiyadan sonra ölkələr seçim etmək məcburiyyətində qalacaqlar – ya milli maraqları ilə idarə olunmalı və ya yenidən qlobal birliklərə qoşulmalı olacaqlar:

“Nə virusun, nə də iqtisadi böhranın öhdəsindən gələ bilməyən Qərbi böyük etirazların güclü dalğası gözləyir. Moskva və Pekin modelləri fərqli olacaq. Dünya dəyişəcək, amma insanlar eyni qalacaq”.

Tarix
2020.04.16 / 10:36
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla