Yuxarı

Manatı indiki rezervlə ən azı 10 il qorumaq olar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman Azərbaycanın xarici ticarət balansı 30-40 faiz profsitlə yerinə yetirilib. Bu il ola bilər ki, neftin qiyməti düşsün. O baxımdan iqtisadçıların narahatlığını başa düşürəm.

Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a geniş açıqlamasında sabiq maliyyə naziri, professor Saleh Məmmədov deyib.

O bildirib ki, burada iki ciddi faktı nəzərə almaq lazımdır:

“Əvvəla neftin qiyməti nə qədər düşsə də bu, satılacaq. Ola bilər ki, büdcəyə gələn gəlirlər azalsın. Ancaq satılır və ölkəyə valyuta gəlir. Ona görə də tədiyə balansında kəsirin olması mümkün deyil. İllah da Azərbaycanın müstəqillik illərində heç zaman defisit olmayıb. 2019-cu ildə Azərbaycanın ixracdan qazancı 19 milyard dollardan çox olub, idxal isə cəmi 13 milyard olub. Yəni keçən il 6 milyard profsitlə yerinə yetirilib. Bu il də ən pis ssenarini götürsək, ola bilər ki, 3-4 milyard kəsir əmələ gəlsin. Məsələn, neftin qiyməti 15 dollardan aşağı düşərsə, belə bir şeyi planlamaq olar. Lakin digər tərəfdən də nəzərə alaq ki, uzun müddətdir Azərbaycan neft ixrac edir və qazanır. Bu gün 52 milyard dollara yaxın ehtiyatımız var. Bu, valyuta, qızıl rezervidir. Azərbaycanda valyuta, qızıl rezervlərinin norması 4 milyard dollardır. 4 milyard tamamilə ölkənin valyuta bazarını bir il tənzimləmək üçün bəs edir. Yəni bizim 48 milyard ekstra rezervimiz var. Bu rezervlərin hesabına manevr edib, neftin qiyməti tamamilə düşsə belə, 7-8 il manatı qorumaq mümkündür, bu dövrdə isə yəqin ki, millət başını atıb yatmayacaq".

Saleh Məmmədov bildirib ki, iqtisadçılara təklifi var:

Ən yaxşı valyutalar onlardır ki, hər zaman sabitliyini saxlayır. Ola bilər ki, bir neçə faiz dəyişir. Lakin bütövlükdə 40-50 faiz devalvasiyaya gedən valyutaya kimsənin etibarı olmaz və bununla da heç nə qazana bilmərsən. Bir məsələni qeyd edim ki, 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində dünyanı bürüyən dərin iqtisadi böhran oldu. ABŞ-ın iqtisadiyyatı həmin ərəfədə həddindən artıq zəiflədi. Lakin o dövrdə belə dolların devalvasiyasına yol verilmədi. Ona görə də bu gün hər kəs inanır ki, dollar heç zaman devalvasiyaya uğramaz.

Bu səbəbdən də hər kəs pulunu, valyuta ehtiyatını dollarda saxlamağa çalışır. Manatda da belə bir ciddiyyət formalaşdırmaq lazımdır.

Həm müxalifyönlü, həm də iqtidaryönlü iqtisadçılara ayrı-ayrılıqda təklifim var. Müxalifyönlü iqtisadçılardan xahişim odur ki, hər şeyi fərqli formada dəyərləndirib, insanları panikaya salmasınlar. Maliyyə elmində panika çox ağır haldır. Bu, iqtisadiyyatları, maliyyə bazarlarını darmadağın edən ən güclü bir faktor kimi dəyərləndirilir. Panikanın qarşısını almaq üçün iqtisadi gücü göstərmək lazımdır. İqtidar hansısa səhvləri edə bilər və onun qarşısının alınması üçün hökumətə kömək etmək mümkündür. İqtidaryönlü iqtisadçılara isə təklifim odur ki, xalqı inandırsınlar ki, bu, bir daha təkrarlanmayacaq. Bunun da yolu var. Manatın dəyərinin qorunması ilə bağlı ciddi qanun qəbul etmək lazımdır. Göstərilməlidir ki, valyutanın tənzimlənməsi ümumi iqtisadi qanunlardan kənara çıxa bilməz. Kursa yalnız illik 3-5 faiz həcmində tərəddüd etmə imkanı saxlansın”.

Tarix
2020.04.18 / 02:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla