Yuxarı

O maddə ilə ittiham əxlaqsız atanı cəzasız qoyur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
O maddə ilə ittiham əxlaqsız atanı cəzasız qoyur

İsmayıllı rayonunda 14 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən atanın əməllərinə görə Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə cinayət işi açılması düzgün tövsif deyil.

Bu barədə Axar.az-a İsmayıllıda qızına qarşı seksual xarakterli hərəkətlər edən ataya açılan cinayət işinə münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, sözügedən maddəyə əsasən atanı cəmi 2 il həbs gözləyir:

“Bu hadisə ilə bağlı ataya Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə cinayət işinin başlanılması düzgün tövsif deyil. Çünki həmin maddə ilə ən ağır cəza 2 ilədək azadlıqdan məhrumetmədir. Bu məsələdə zorakılıq olub-olmaması mütləq araşdırılmalıdır. Qızın anasına yazdığı mesajlar onu göstərir ki, böyük ehtimalla qıza qarşı zorakılıq olub. Əgər bu sübuta yetirilsə, yəni zorakılıq olsa, tövsif dəyişməli, cinayət işi 149-cu maddə ilə açılmalıdır. Belə olduqda həmin şəxs 5 ildən 10 ilədək həbs cəzası ala bilər. Qızın anasına yazdığı mesajın məzmununa əsasən, o, “atam bilsə, məni öldürər” və s. deyib. Deməli, döyüləcəyindən qorxub səsini çıxarmırsa, bu, zorakılıq kimi qəbul edilməlidir”.

Qeyd edək ki, İsmayıllı rayonunda 14 yaşlı doğma qızına qarşı dəfələrlə seksual xarakterli hərəkət edən ataya Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər; yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2020.04.21 / 23:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla