Yuxarı

Elmar Məmmədyarov Qrliçlə nələrdən danışdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun qarşı tərəfin təşəbbüsü əsasında, Xorvatiya Xarici İşlər naziri Qordan Qrliç Radman ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətidən Axar.az-a bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hazırki qlobal vəziyyətə toxunan nazirlər hər iki dövlətin COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sonda nazir Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul edib. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.

Tarix
2020.04.24 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla