Yuxarı

Keçmiş əri Zümrüd Yağmurun əmlakına həbs qoydurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazar Zümrüd Yağmurun mülklərinə həbs qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Zümrüd Yağmur Feysbuk hesabında məlumat verib.

O qeyd edib ki, boşanma prosesi çərçivəsində həyat yoldaşı Fuad Qəhrəmanlının tələbi ilə mülklərinə həbs qoyulub:

"Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı.

Amma sonradan hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım. Gözlənilməz idi, amma məsələ bu deyil. Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanım olsa, bu evdən birdəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır.

Maşının idarə olunmasına qoyulmuş qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişəm. Lakin 15 apreldə mənim şikayət ərizəmə baxıb avtomobilin üzərindən həbsin götürülməsi iddiamı təmin etməyiblər", - Z.Yağmur qeyd edib.

Tarix
2020.04.24 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla