Yuxarı

Prezident DİN-in səlahiyyətlərini artırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident DİN-in səlahiyyətlərini artırdı

"Artıq Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan hər bir şəxsə 16 yaşına çatanadək ölkə hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini Daxili İşlər Nazirliyi verəcək".

Bunu Axar.az-a "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"yə edilən dəyişikliyi şərh edərkən hüquqşünas Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, prezidentin müvafiq fərmanı ilə icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin bir qismi DİN-ə həvalə olunub:

"Artıq daimi yaşayan vətəndaşlığı olmayan şəxsi də DİN qeydiyyata alacaq. Bundan əlavə, vətəndaşlığı olmayan şəxslərə xaricə təhsil, müalicə məqsədi ilə getmələri üçün şəxsiyyət vəsiqəsi DİN tərəfindən veriləcək".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişikliklər edib.

Tarix
2015.03.13 / 09:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla