Yuxarı

Nazirin brifinqdə müavininə bu jesti... - Anbaan video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun keçirdiyi brifinqdə diqqət çəkən maraqlı məqam olub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, nazir çıxışının ilk hissəsini bitirdikdən sonra masanın üzərində olan stəkana əl uzadıb. Bu zaman nazirin sol tərəfində əyləşən müavini Sahib Məmmədov suyu süzmək istəyib. Lakin nazir jestləri ilə Sahib Məmmədovdan bunu etməməsini istəyib. Sonra nazir özü suyu stəkana süzərək içib.

Mikayıl Cabbarovun bu reaksiyası jurnalistlər tərəfindən müsbət qarşılanıb və təqdir edilib.

Mətbuat konfranslarında və rəsmi görüşlərdə həmişə sadəliyi ilə diqqət çəkən nazir bu hərəkəti ilə özünü tabeliyində olan şəxslərdən üstün hesab etmədiyini də nümayiş etdirib.

Mətbuat konfransında diqqət çəkən başqa bir məqamsa Mikayıl Cabbarovun rəhbəri olduğu nazirliyin əməkdaşlarına “həmkarım” deyə müraciət etməsidir. Nazir bununla çalışdığı hər kəsi, vəzifəsindən asılı olmayaraq, özü ilə eyniləşdirib.

Mikayıl Cabbarov brifinqdə suallar ünvanlanan zaman müvafiq olaraq müavinlərini, nazirliyin şöbə müdirlərini “həmkarım cavab verəcək” deyərək media nümayəndələrinə təqdim edib və sualları cavablandırmalarını xahiş edib.

Həmin anların görüntülərini təqdim edirik:

Tarix
2020.04.26 / 01:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla