Yuxarı

Vəliəhd krallığın simasını dəyişir: nələr edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəliəhd krallığın simasını dəyişir: nələr edir? – Şərh

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin verdiyi qərarların arxasında vəliəhd Məhəmməd bin Salman dayanır. Krallıqdakı yenilikçi qərarlar gənc şahzadəyə məxsusdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin yetkinlik yaşına çatmayan cinayətkarların edam edilməməsi haqqında qanunu imzalamasını şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Səudiyyə Ərəbistanında ciddi qanun dəyişikliklərinə ehtiyac var:

“Səudiyyə Ərəbistanı bu gün Yaxın Şərqin və müsəlman aləminin aparıcı ölkələrindəndir. Buna baxmayaraq, ölkə daxilində ciddi dəyişikliklərə ehtiyac var. Ölkə daha çox islami-şəriət qanunları ilə idarə edilir. Məhkəmələrin tətbiq etdiyi edam və qamçılama kimi cəzalar həm müasir dövrün tələblərinə, həm də humanizm prinsiplərinə sığmırdı. Sevindirici haldır ki, bunlar ləğv edildi”.

Q.Hüseynlinin sözlərinə görə, son zamanlar Səudiyyə Ərəbistanında bir çox yenilikçi qərarlar qəbul edilib:

“Bunlara misal olaraq qadınların maşın sürməsinə, küçələrdə sərbəst dolaşmasına icazə verilməsi, həmçinin qamçılama cəzasının ləğv edilməsi və 18 yaşına çatmamış şəxslərin edam edilməməsini göstəmək olar. İlk başda bunlar elə də ciddi addım kimi görünməyə bilər, lakin Səudiyyə cəmiyyəti üçün bunlar son 100 ildə verilən ən iddialı və inqilabi qərarlardır. Vəliəhd Salman ölkədə qəbul edilən yenilikçi qanunların əsas memarı hesab edilir. Düşünürəm ki, vəliəhd bu fəaliyyəti ilə gələcək hakimiyyəti üçün münbit zəmin yaratmaq və xalqın sevgisini qazanmaq istəyir. Bütövlükdə isə Səudiyyə Ərəbistanında qəbul edilən bu qanunları müsbət qiymətləndirirəm. Bu humanist addımların gələcəkdə də davam etdirilməsi arzulanandır”.

Tarix
2020.04.28 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla