Yuxarı

Gizli danışıqlar: İrəvan işğaldan əl çəkir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənistandakı hazırki hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də Ermənistanı məhv edəcək. Bu, bütövlükdə Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Aysor.am” saytı yayıb. Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb.

“Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır – Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun ümumiyətlə səfərlərinin turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Nikol Paşinyan gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə (İşğal altında olan Qarabağdan Ermənistan qoşunlarının geri çəkilməsi nəzərdə tutulur – red.) getməyə razılıq verib”, - deyə məqalədə qeyd edilib.

Tarix
2020.04.30 / 09:56
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla