Yuxarı

Nazirlərin baxışı, korona və Qarabağ: Savaş olacaq... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın mövqeyi isə günü-gündən sərtləşir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son günlər Dağlıq Qarabağ ətrafında gedən diplomatik proseslər haqqında danışarkən deyib.

Politoloq bildirib ki, faktiki olaraq Ermənistan torpaqların qaytarılmasının danışıqlar mövzusu olmadığını bəyan edir və bu da danışıqların əhəmiyyətinə ciddi şübhə yaradır.

T.Zülfüqarov qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı son bəyanatı, daha sonra isə Məmmədyarov və Mnatsakanyanın səsləndirdiyi fikirlərdə yeni nəsə yoxdur:

“Təxminən 20-25 il ərzində danışıqlar prosesində bu və digər şəkildə bənzər fikirlər səsləndirilib. Sadəcə, bu fikirlər arasından Mnatsakanyanın dedikləri daha çox diqqət çəkdi. Əslində, Mnatsakanyanın sözləri bir daha sübut edir ki, erməni tərəfinin mövqeyi, mahiyyəti dəyişməyib".

Politoloqun fikrincə, Rusiya faktiki olaraq MDB məkanındakı münaqişələrə nəzarət edə bilmir:

“Ermənistan tərəfinin etnik təmizləmə siyasəti bu gün də qüvvədədir. Bunu İrəvanın işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı rayonların təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulaması bir daha sübut edir. İrəvan bu fikirləri uzun illərdir deyir. Hətta bildirirdilər ki, biz Dağlıq Qarabağ ətrafı rayonları Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi şərti ilə Azərbaycana qaytaracağıq”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi isə bağlı vəziyyət tam dəyişib:

“Artıq Azərbaycan ictimaiyyəti də düşünür ki, münaqişənin həlli danışıqlar yolu ilə mümkün deyil. Artıq insanlar bu danışıqların tərəflərin mövqelərini bildirməsindən başqa bir işə yaramadığını yaxşı anlayır”.

Tofiq Zülfüqarovun sözlərinə görə, koronavirus pandemiyası beynəlxalq aləmdə əsaslı dəyişikliklərin baş verəcəyini göstərdi:

“Bu gün Rusiya da münaqişənin həllində əsaslı nəsə edə bilmir. Rusiya MDB məkanındakı münaqişələrin həllində acizdir. Özü də bunu yaxşı anlayır və Lavrovun timsalında verdiyi bu bəyanatlar, sadəcə, gündəmi aktual saxlamağa yönəlib. Lakin bu bir həqiqətdir ki, Rusiya Azərbaycan və Ermənistanı mövcud vəziyyətdə çox saxlaya bilməyəcək”.

Tarix
2020.05.01 / 10:48
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla