Yuxarı

Zakir Həsənov Sloveniya Parlamentində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Sloveniya Parlamentində - Foto

Sloveniyada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Cənab M.Brqlez dövlətlərimiz arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətlərin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu qeyd edib.

Onun sözlərinə görə II Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.

Müdafiə naziri öz növbəsində Azərbaycanın dəyərli qəhrəmanının xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirərək Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələlərini də xüsusi olaraq diqqətə çatdırıb.

Tarix
2015.03.14 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla