Yuxarı

Zahid Oruc yeni Baş prokurordan nələr dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ ilə bağlı çıxışını İnsan Haqları Komitəsinin sədri Zahid Oruc yazılı formada təqdim edib.

Axar.az xəbər verir ki, o, Prezidentin antikorrusiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşdığını bildirib.

“Əvvəlcə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin plenar iclasda ilk dəfə iştirakını və təqdimatını yüksək qiymətləndirir, Prezident və parlament arasında birbaşa əlaqələrin qurulması baxımından bunu son dərəcə vacib struktur adlandırırıq. Bəli, bu gün dövlətçiliyimiz üçün son dərəcə əhəmiyyətli bir təqdimatı müzakirə edirik. İndi xalqımız, o cümlədən parlamentarilər Prezident İlham Əliyevin 2019-cu ildən bütün hakimiyyət qollarında apardığı genişmiqyaslı dəyişikliklərin, əslində yeni hakimiyyət quruculuğu siyasətinin növbəti ugurlu davamına şahidlik edir. Əslində bu addım ölkə rəhbərinin 3 aprel 2019-cu ildə “Məhkəmə və hüquq sistemində islahatların dərinləşdirilməsi”nə dair mühüm fərmanının tərkib hissəsidir”.

O, daha sonra qeyd edib ki, indi keçmişə qiymət vermir. Lakin son illər müxtəlif səbəblərdən yüksək rütbəli şəxsləri vəzifəsindən azad edərkən dövlət başçısının kimləri şəxsən qəbul edərək mükafatlandırdığını, kimlərisə qəbul edərək fəaliyyətləri haqda müsbət sözlər söylədiyini, müəyyən adamlara telefon etdiyini və böyük bir qisminə isə sərəncamının sərtliyi ilə reaksiya verdiyinin şahidiyik:

“Prezidentin davranışı hər kəsin xidmətlərinə verilən fərqli qiymətin şkalasıdır: İkincisi, bu mühüm təqdimat qarşısında Ulu öndərin Prokurorluq haqqında dediyi tarixi fikirləri heyrətamizdir. Heydər Əliyev deyir: ”Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir... prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər, milli təhlükəsizlik qurumu arasında dayanan bir orqandır. Ona görə də prokurorluğun işindən çox şey asılıdır”.

Millət vəkili yeni Baş prokuror barədə də fikirlərini bölüşüb:

“O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən yüksək dövlət təyinatı alan artıq 2-ci şəxsdir. Bundan əvvəl hörmətli Əli Nağıyev yüksək peşəkarlıq keyfiyyətləri nəzərə alınaraq, milli təhlükəsizlik orqanına rəhbər təyin olunmuşdu. Yeri gəlmişkən, təhlükəsizlik sisteminin nüfuzunun bərpasında, qanunsuzluğa qarşı mübarizədə bu dəyişiklik əhəmiyyətli rol oynadı. Deməli, Prezident antikorrusiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır. Kamran Əliyev maraqların toqquşduğu çətin bir sahədə adını və nüfuzunu qorumağı bacarıb. Biz inanırıq ki, istintaqın əsas hissəsini aparan, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərinə böyük məsuliyyət düşən prokurorluq orqanları və Baş prokuror yüksək ləyaqəti ilə dövlət başçısının və xalqın etimadını doğruldacaqdır!”

Tarix
2020.05.01 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla