Yuxarı

Türkiyə S-400-ləri niyə aktivləşdirmir? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemini işə salmamasının səbəbi ABŞ-ın Ankaraya tətbiq edəcəyi mümkün sanksiyalar deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfildin Türkiyənin S-400 hava hücumundan müdafiə sisteminin işə salınmasının Konqresdə qəbul edilən sanksiya qanunlarına görə təxirə salındığı iddialarını şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, S-400 Türkiyə üçün çox vacibdir:

“Çünki bu sistemlər Türkiyənin regionda milli təhlükəsizliyinin başlıca prioritetlərindəndir. Cari ilin əvvəllərindən etibarən artıq bu sistemlərin alınması yekunlaşıb. Hətta onu da qeyd edim ki, S-400-lərin təyinatı üzrə yerləşdirilməsi də tamamlanıb”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə dəfələrlə ABŞ-a “Patriot” sistemləri almaq istədiyini bildirib:

“Bu gün Türkiyə üçün başlıca məsələ öz milli təhlükəsizliyinin tam qorunmasıdır. Bu məsələ ilə bağlı Türkiyə ilk olaraq ABŞ-a müraciət edib. ABŞ isə heç bir müsbət və ya mənfi cavab verməyib. Çünki burda qeyd olunmalı məqam odur ki, Türkiyə təkcə “Patriot” sistemlərini deyil, onun texniki parametrlərini də istəyirdi. Bu isə tərəflər arasında bu gün də davam edən anlaşılmazlığa səbəb olub”.

Q.Hüseynli bildirib ki, ABŞ-dan fərqli olaraq, Rusiya S-400-lərin texniki parametrlərini də Türkiyəyə verib:

“Yəni Türkiyə gələcəkdə öz arsenalını hazırlamaq üçün lazımi texnoloji informasiyalara sahibdir. Bu gün sistemlərin işə salınmamasının başlıca səbəbi S-400 hava hücumundan müdafiə sistemlərini istifadə edəcək kadrların olmamasıdır. Bununla bağlı Türkiyəyə hərbi kadrların hazırlanması üçün Rusiyadan xüsusi təlimçilər dəvət olunub. Onu da qeyd edim ki, Türkiyə bu məsələdə Azərbaycandan da kömək istəyib. Azərbaycanın arsenalında olan S-300 hava hücumundan müdafiə sistemlərinin texniki personalı Türkiyəyə dəvət olunub. Çünki bu iki sistem arasında heç bir texniki qulluq fərqi yoxdur”.

Tarix
2020.05.02 / 08:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla