Yuxarı

Milli Məclisdə hakimlərin təyinatından danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışıb.

Bildirib ki, bu gün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Hüquq mühafizə orqanları və məhkəmə sistemində də bu istiqamətdə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 2019-cu il 4 aprel tarixli Fərmanı bu islahatların yeni müstəvidə inkişafına təkan verib. Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb.

Diqqətə çatdırılıb ki, son bir il ərzində Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar Ali Məhkəmədə vakansiya yaranıb. Məhkəmənin bugünkü tələblərə cavab verməsi üçün bu ştatların komplektləşdirilməsi zəruridir.

Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sisteminin fəaliyyəti ətraflı təhlil edilib. Apelyasiya instansiyası məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi günün tələbidir. Bunları nəzərə alaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən Ali Məhkəmənin bəzi hakimlərinin Apelyasiya instansiyası məhkəməsinə keçirilməsi məsələsi qoyulub. Beş hakimin Ali Məhkəmədən azad edilərək, onlardan 4-nün Apelyasiya instansiyası məhkəməsində fəaliyyətini davam etdirməsi, bir nəfərin isə birinci instansiya məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir.

Qeyd edilib ki, Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi üçün onun tərkibinin digər təcrübəli kadrlarla möhkəmləndirilməsi məsələsini önəmli hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsinə əsasən hüquq sahəsində 20 ildən çox təcrübəyə malik şəxslərin fəaliyyəti nəzərdən keçirilib və 3 nəfərin xüsusi qaydada Ali Məhkəməyə təyin edilməsi məsələsi qaldırılıb. Eyni zamanda, Apelyasiya Məhkəməsinə bir sıra hakimin irəli çəkilməsi və 3 hakimin birinci instansiya məhkəməsinə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Komitə sədri Əli Hüseynli öz çıxışında vurğulayıb ki, son dövrlər ölkəmizdə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında, hökumətdə, parlamentdə islahatlar həyata keçirilir. Prezidentin məlum Fərmanından sonra məhkəmə-hüquq sistemində də islahatlar dərinləşməyə başlayıb. Bu gün təqdim olunan təkliflər də bu islahatların tərkib hissəsidir.

İclasda çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov, Nurlan Həsənov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqladılar, təkliflərini səsləndirdilər. Deputatlar Ali Məhkəməyə və Apelyasiya Məhkəməsinə namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə düşüncələrini bölüşüblər.

Müzakirələrin sonunda gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Tarix
2020.05.02 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla