Yuxarı

Bakıda karantin ləğv edilsin, kazinolara icazə verilsin - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən çox-çox pis olduğu ölkələrdə artıq karantin rejimi aradan qaldırılır. İqtisadiyyatımız karantin rejiminin davam etməsindən və neftin qiymətinin kəskin aşağı düşməsindən ciddi ziyan görür. Ona görə də düşünürəm ki, bu həftə də virusa yoluxanların sayında ciddi artım olmazsa, mayın 11-dən karantin rejimini aradan qaldırmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib.

Həsənquliyev bildirib ki, ictimai yerlərdə və nəqliyyatda tibbi maskalardan istifadənin məcburi olması barədə qərar qəbul etmək olar:

“Karantin rejimi həm də ona görə aradan qaldırılmalıdır ki, xüsusilə, iqtisadi islahatlar geniş vüsət alsın.

Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır. Vaxt gedir...”

Tarix
2020.05.05 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla