Yuxarı

Kuznetsovun Qarabağ şərhi: İrəvanda xalq buna hazırlanır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi-siyasi vəziyyəti koronavirus pandemiyası şəraitində o qədər pisləşib ki, artıq bu ölkənin yalnız dərin böhran içində deyil, həm də humanitar fəlakətin astanasında olduğu kənardan da aydın görünür. Əhali artıq qara günə təxirə salınmış bütün ehtiyatları işlədir, sosial etirazlar başlayır və insanların yaşayış səviyyəsinin kəskin düşməsi fonunda cinayətlərin sayı artır.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, belə şəraitdə Dağlıq Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir:

“Ermənistan hakimiyyəti hər cür qanunsuz radikal təbliğatdan istifadə etməklə cəmiyyətin gözündən pərdə asmağa çalışacaq. Bu məsələdə müasir erməni siyasi ritorikasının yeni tendensiyasının antirusiya yönümlü olduğu da gözə çarpır. Bu ölkədə ictimai-siyasi diskurs trendinin mütəşəkkil şəkildə dəyişdirilməsi göz qabağındadır".

Politoloq vurğulayıb ki, bu, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatına və məzmununa dair bəyanatından sonra Rusiya-Ermənistan münasibətlərində baş vermiş diplomatik qalmaqalda daha qabarıq göründü.

Kuznetsovun sözlərinə əsasən, indi İrəvan anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək və Ermənistanı sülh yolu ilə torpaqları qaytarmağa vadar edəcək:

“Yəni erməni ictimai şüuru paradiqmasının dəyişməsinə açıq-aydın cəhd göstərilir. Əgər əvvəllər Qarabağ "Azərbaycanın təcavüzündən qorunmalı olan əzəli erməni torpağıdır" fikri semantik dominant idisə, indi o, İrəvanın münaqişənin hərbi həlli ilə üz-üzə qalacağı ilə bağlı günahkarı kənarda axtarmaq barədə söhbətlərə doğru əhəmiyyətli dərəcədə dəyişir. Əslində, hazırda rəsmi erməni təbliğatı öz həmvətənlərinin kütləvi şüurunu 1988-1994-cü illər müharibəsinin nəticəsinə yenidən baxılacağı həqiqətini daha ağrısız qavramasına hazırlayır”.

O əlavə edib ki, şübhəsiz, Ermənistanda siyasi rejimin dəyişməsi, Qarabağ klanının və ya Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hakimiyyətdən uzaqlaşdırılması bu tendensiyanın formalaşmasında prinsipial rol oynayıb. Lakin bu transformasiyanın başlanğıc nöqtəsi 2016-cı ilin aprel döyüşlərində baş verib. Məhz onda hamıya aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də bərpa etməyə qadirdir:

“Buna görə də hazırkı şəraitdə İrəvanın vəziyyətdən yalnız bir ağıllı çıxış yolu var – ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə planını yerinə yetirmək və işğal edilmiş bütün torpaqları mərhələli şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarmaq”.

Tarix
2020.05.06 / 13:44
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla