Yuxarı

Qazaxıstan Xəzərdəki olayla bağlı Bakını məlumatlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Xəzərdəki olayla bağlı Bakını məlumatlandırdı

Qazaxıstan həlak olmuş Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir.

Axar.az xəbər verir ki, bu, Qazaxıstanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hadisə barədə dolğun məlumat Azərbaycan hökumətinə təqdim edilib.

“Qazaxıstan Azərbaycan vətəndaşları tərəfindən dövlət sərhədinin pozulması hallarının artmasından narahatlıq bildirir. 2017-ci ildən bu günədək Azərbaycan Respublikasının 41 nəfər vətəndaşı saxlanılıb, bunlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozmaq üstündə məhkum edilib”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprel ayının 30-da Xəzər sularında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 4 nəfər vətəndaşı saxlanılıb. Sərhədçilər tərəfindən silah tətbiqi nəticəsində Azərbaycan vətəndaşlarından biri ölüb, ikisi yaralanıb.

Tarix
2020.05.06 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla