Yuxarı

Azərbaycan-Əfqanıstan İşçi Qrupu yaradılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Əfqanıstan İşçi Qrupu yaradılır

Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasına başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Əfqanıstanın ölkəmizdəki səfirinin görüşü zamanı fikir mübadiləsi aparıb.

Belə ki, bu gün İqtisadiyyat və sənaye naziri Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib.

Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil və s. sahələrdə əməkdaşlıq barədə danışılıb. Bildirilib ki, bu əməkdaşlıq sahəsində Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər.

Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bütün bu işlərin həyata keçirilməsi üçün iki ölkə arasında İşçi Qrupu yaradıla bilər.

Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2015.03.16 / 15:26
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla