Yuxarı

“Əməliyyatın xəbərsiz keçirilməsi doğru addımdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əməliyyatın xəbərsiz keçirilməsi doğru addımdır”

"Əməliyyatın Baş nazirdən xəbərsiz keçirilməsi doğru addımdır"

MHP-dən Aydın millət vəkili, Türkiyə Böyük Millət Məclisinin idarə amiri, MHP Aydın bələdiyyə başqanlığına namizəd Əli Uzunirmaq son günlər Türkiyədə baş verən hadisələrlə bağlı "Axar.az"ın suallarını cavablandırır.

- Baş verən hadisələr – "rüşvət və korrupsiya əməliyyatı" mediadan anbaan təqib edilir. Bilmək istərdik: Türkiyədə əslində nə baş verir?

- Hüquq-mühafizə orqanları aşkarladıqları qanunsuzluq və korrupsiya ilə bağlı istintaq işi açıblar. Bu işin başqa cür izahı yoxdur. Çünki bir ölkədə oğurluq və rüşvət varsa, bu, olduğu kimi ictimaiyyətə çatdırılmalıdır. Yoxsa bir bank müdirinin və ya nazir oğlunun evinə başqaları gətirib gizlincə bu qədər pul qoydu?! Bu məsələnin əfv ediləsi və ya pozitiv baxılası bir tərəfi yoxdur. Hamı hadisələri olduğu kimi qəbul etsin və istintaqı düzgün aparsınlar.

- Əli bəy, bu hadisələrdə Amerika və İsrailin də əlinin olduğu, Türkiyəni xaos və çevrilişə sövq etmək istədikləri bildirilir. Siz necə düşünürsüz?

- Qardaşım, "Halkbank"ın müdirinə Amerika və ya İsrailmi dedi, get, ayaqqabı qutusunun içində 4.5 milyon dolları gizlət?! Gülüş obyektinə çevirməsinlər. Göstərilən bütün başqa səbəblər hamısı bəhanədir. Bu bəhanə "Gəzi" hadisələrində də deyilmişdi. Gah İsrail, gah beynəlxalq lobbi, gah da Amerikanı ortaya atanlar, sadəcə, cahildir.

- Fətullah Gülən və R.T.Ərdoğanın arasında yaşanan soyuqluğu səbəb göstərənlər də var...

- Bunlar fərqli məsələlərdir. Bu məsələyə Gülən-Ərdoğan aspektindən baxmaq doğru deyil. Ortada oğurluq və rüşvət problemi kimi dəyərləndirilməli ciddi məsələ var. Xəyali düşmənlərlə xəyali siyasət aparmaq olmaz. Getsinlər, öz əlaqələrini başqa zamanda dəyərləndirsinlər. İndi bu məsələyə aydınlıq gətirilməsini tələb edirik.

- Baş nazir və Daxili İşlər nazirinin xəbəri olmadan bu qədər geniş əməliyyatın həyata keçirilməsi nə qədər inandırıcıdır?

- Əslində, əməliyyatların Baş nazir və Daxili İşlər nazirinin xəbəri olmadan keçirilməsi çox doğru bir addımdır. Çünki məsələ ortaya çıxandan sonra prokurorları vəzifədən azad edirlər. Deməli, öncədən bilsəydilər, özlərinin də bu işdə əli olduğu üçün ört-basdır edəcəkdilər. Yəni ki, nazirlər ölkəni ədalətlə idarə etmək üçün rəhbər seçilirlər, özlərinin azğınlıqlarını ört-basdır etmək üçün yox. Bunun belə olması İlahi ədalətdir.

- Azərbaycan qardaş ölkə olaraq Türkiyənin beynəlxalq arenada nüfuz itirməsindən çox narahatdır. MHP müxalif partiya olaraq bu məsələlərdən çıxış yolunu nədə görür və təklifi nədir?

- MHP tarixi ideologiyası olan partiyadır, bizim azərbaycanlı qardaşlarımıza sonsuz sevgimiz var və həmişə olacaq. Çünki biz iki dövlət, bir millətik. MHP olaraq düşüncəmiz qısa zamanda ədalətin öz yerini tapmasıdır.

- Sizcə, bu faktlar qarşıdan gələn bələdiyyə seçkilərində AKP-yə qarşı istifadə oluna bilərmi?

- Hal-hazırda vəzifəmiz seçkidən əvvəl əsas iş olaraq xalqa gerçəkləri çatdırmaq, həqiqəti göstərə bilməkdir. Daha sonra xalq haqlı olanı özü seçəcək.

Tarix
2013.12.20 / 14:52
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla