Yuxarı

Azərbaycanlılar “Mişa yolu”nda birləşdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar “Mişa yolu”nda birləşdi

Gürcüstanda azərbaycanlıları tərkibində cəm edən "Mişa yolu" hərəkatı yaradılıb.

Bu barədə Axar.az-a təşkilatın həmtəsisçilərindən biri olan Samira İsmayılova məlumat verib.

O bu təşkilatın azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına yardım edəcəyini bildirib:

"Bu təşkilatın yaradılması təşəbbüsü ilk olaraq azərbaycanlı gənclər tərəfindən səsləndirilib. Yaranma məqsədi isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həmfikirlərini və tərəfdarlarını bir araya gətirməkdir. Bildiyiniz kimi, Saakaşvili hakimiyyətdə olduğu müddətdə Gürcüstan azərbaycanlılarına çox böyük dəstək oldu və illərcə bizə qarşı davam edən diskriminasiyanı aradan qaldırdı. Eyni zamanda o, etnik azlıqların cəmiyyətə inteqrasiyası üçün şərait yaratdı. Bugünkü gündə ölkədə olan proseslərə baxanda bir çox proseslərin etnik azlıqların əleyhinə yönəldiyi görünür. Hətta vəziyyət o həddədir ki, etnik azlıqların bəzən gürcü cəmiyyətinin ayrılmaz bir hissəsi olduğu hiss olunmur. Sanki Saakaşvilinin ölkədən getməsilə azərbaycanlılar tamamən unuduldular. Elə bu səbəbdən biz Gürcüstan azərbaycanlıları Mişanın başladığı yolu davam etmək istəyirik".

Qeyd edək ki, Samirə İsmayılova Mixail Saakaşvilinin prezidentliyi dönəmində prezidentin etnik azlıqlar üçün müşavir-konsultantı çalışıb. Bundan əlavə o, Gürcüstan Təhsil nazirinin konsultantı olub. Gürcüstanda kifayət qədər tanınan Samirə İsmayılova həm də Azərbaycanlı Tələbələrin Gürcüstandakı Assosiasiyasının rəhbəridir.

Tarix
2015.03.18 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla