Yuxarı

İcra başçısının şok sərvəti açıqlandı - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirməsi və rüşvətxor, aztəminatlı ailələrə göstərilən dövlət yardımına belə göz dikən icra başçılarının həbs edilməsi, onların rüsvayçı əməllərinin çəkilərək, nümayiş etdirilməsi böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, bu, Prezidentin rüşvətxorluğa qarşı qətiyyətli iradəsi, eyni zamanda DTX-nın əvvəlki hörmətini özünə qaytarmaqla, xüsusi peşəkarlığı olaraq qiymətləndirilir.

Paralel olaraq isə mediada icra başçıları ilə bağlı məlumatlar tirajlanaraq, bunlara diqqət çəkilməsi istənilir.

Külli miqdarda sərvətə sahib olması barədə məlumat yayılanlardan biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.

Musavat.com V.İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektlərinin siyahısını təqdim edib:

1. Bakı, A.Bakıxanov-39 ünvanında mənzil

2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil

3. Şərq küçəsi, ev 11 B ünvanında mənzil

4. Oğluna 100.000 manatlıq çayxana

5. Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv/metr olan dükan

6. “Ana və Uşaq” kafesi

7. Təchizat BCS MMC şirkəti

8. Bərdədə ikimərtəbəli mağaza

9. Mixaylovka kəndində imarət

10. Ağcakənddə ikinci böyük villa

11. Xətai rayonu, Babək prospektində dörmərtəbəli 2 ayrı-ayrı malikanə

12. Bərdədə Heydər Əliyev parkında kafe

13. Yevlaxda əzəmətli villa

14. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

15. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

V.İsayevin kifayət qədər bahalı olan “Toyota Prado” (90 GP 555 dövlət nişanlı) və Mercedes G63 AMG avtomobilinə, həmçinin Rusiya və Türkiyədə biznes və obyektlərə sahib olduğu da bildirilir.

Zəruri olaraq bir məqamı da xatırladaq ki, V.İsayevin Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin Bərdə şöbəsinə hər ay yerli qurumlar tərəfindən pul köçürülməsini tapşırdığı da bildirilir. Nəticədə isə bu quruma hər ay 10 min vəsait yığılır. Həmin vəsaitin hara və necə xərcləndiyi haqda heç bir məlumat yoxdur.

Tarix
2020.05.15 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla