Yuxarı

Nazirin işçisini güllələyən şəxs həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin işçisini güllələyən şəxs həbs edildi

"Axar.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına müqavimət göstərən Bərdə rayon sakimi həbs edilib.

Dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi şöbəsinin mühafizəçisi Pərviz İsmayılovun rayonun Seyid Yusifli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəxsin hücumuna məruz qalıb.

Nazirlik əməkdaşının kənd sakini tərəfindən ov tüfəngindən açılmış atəş nəticəsində xəsarət alması barədə Bərdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən axtarış elan edilib. Hadisə yerinə baxış keçirilib və maddi sübutlar götürülüb.

Zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Dekabrın 16-da Yevlax rayonunun Nuralılar kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Məmmədov könüllü olaraq Bərdə rayon prokurorluğuna gələrək cinayətin onun tərəfindən törədildiyini bildirməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təqdim edib.

Aparılmış istintaqla müəyyən edilib ki, Pərviz İsmayılov iş yoldaşı Mətləb Zeynalovla birlikdə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisində, Qarabağ-Şəki meşə zolağında xidməti vəzifələrini yerinə yetirərkən həmin ərazidə Müşfiq Hüseynov və Natiq Məmmədovun ov etmələrinin qanuniliyini araşdırmaq istəyib.

Sonuncular qaçaraq hadisə yerindən uzaqlaşarkən, P.İsmayılov şəxsiyyətlərini müəyyən etmək üçün özünə məxsus mobil telefonla fotoşəkillərini çəkmək məqsədi ilə onların arxasınca qaçan zaman N.Məmmədovun Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək ov tüfəngindən bir dəfə atəş açıb və ona ayaq nahiyəsindən xəsarətlər yetirib.

N.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2013.12.20 / 16:34
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla