Yuxarı

Xalq yazıçımız səfir kimi fəaliyyətə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri, xalq yazıçısı Elmira Axundova ilə görüşüb.

Axar.az xəbər verir ki, Vasili Bodnar səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin gələcəkdə səmərəli inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Ukrayna arasında enerji, iqtisadi, siyasi sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Elmira Axundova bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Ukrayna əməkdaşlığının memarı və qurucusudur. Ulu Öndərin istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə, istərsə də ölkələrin müstəqilliyi dönəmində Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri böyük qürur hissi ilə xatırlanır. Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir.

Bu gün Azərbaycanın tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 28 il ötdüyünü xatırladan səfir Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Elmira Axundova diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonra səfir etimadnaməsinin surətini nazir müavini Vasili Bodnara təqdim edib.

Vasili Bodnar səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Tarix
2020.05.18 / 20:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla