Yuxarı

Kamal Abdullanın oğluna yüksək vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

Axar.az BakuPost-a istinadən xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin olunub.

Nazir Sahil Babayev bu barədə əmri bir müddət öncə imzalayıb.

Mehdi Kamal oğlu Abdullayev 1980-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Dövlət Dillər Universitetinin Tərcümə fakültəsini bitirib.

Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini, prorektor olub. Hüquq elmləri doktorudur.

2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.

2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mehdi Abdullayevin anası AMEA Şərqşünaslıq İnstititunun direktoru Gövhər Baxşəliyevadır.

Tarix
2020.05.18 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla