Yuxarı

General əlavə qüvvələr cəlb etdi... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General əlavə qüvvələr cəlb etdi... - Video

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə ikitərəfli komanda-qərargah təlimi davam edir.

Axar.az xəbər verir ki, təlimin rəhbəri, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev tərəfindən təlimə əlavə qüvvələrin cəlb edilməsi ilə əməliyyat şəraiti qərargahlar üçün daha da mürəkkəbləşdirilib.

Komanda məntəqələri arasında informasiya mübadiləsinin bütün növ rabitə vasitələrinin kompleks tətbiqi ilə təmin edildiyi təlimdə rabitə vasitələrinin aktiv radioelektron mübarizə şəraitində istismarı sınaqdan keçirilir.

Qarşı qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələri yerdəyişməni, kəşfiyyat və xüsusi təyinatlı bölmələr isə cəmləşmə və açılma rayonlarında diversiya-təxribat xarakterli fəaliyyətləri icra edirlər.

Güc və qüvvələrin bir istiqamətdən digərinə küçürülməsi zamanı qoşunların təhlükəsiz hərəkəti komendant xidməti tərəfindən təmin edilir, bölmələrin manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılır.

Komanda-qərargah təlimi mayın 22-dək davam edəcək.

Tarix
2020.05.20 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla