Yuxarı

İlham Əliyevdən vergi işçilərini sevindirəcək dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Tarix
2020.05.20 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla