Yuxarı

İranın Qarabağ aktivliyi: nə baş verir? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Qarabağ aktivliyi: nə baş verir? – Video

09:09

Paşinyan hakimiyyətinin İsraildə səfirlik açmaq istəyi və qərbmeyilli siyasət aparması İranın maraqlarına ziddir. Buna görə də İran son günlər Qarabağla bağlı mövqeyini dəqiqləşdirməklə əslində İrəvana mesaj verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov son günlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin aktivləşməsi, ard-arda bəyanatlar verməsi və bu bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini xüsusi vurğu ilə elan etməsini şərh edərkən deyib.

O bildirib ki, son aylar İranın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur:

“Hətta bununla bağlı dəfələrlə həmsədrlik fəaliyyəti belə təklif olunub. Əslində, bu gün İranın Dağlıq Qarabağ münaqişəsinə maraq göstərməsi və son bəyanatlarda bu mövzunu aktuallaşdırması təbiidir. Bu, Ermənistanın qərbyönlü siyasətində İranın manevri kimi qiymətləndirilə bilər”.

Politoloq qeyd edib ki, bu gün İsrail-Azərbaycan münasibətləri Ermənistanın regionda işğalçı siyasətinə ciddi maneə törədir:

“Məhz bu səbəbdən Ermənistan hakimiyyəti İsraillə münasibətlərin inkişaf etdirilməsində son illər səyləri artırıb. Təsadüfi deyil ki, hətta İsraildə səfirliyin təsis edilməsi də gündəmdədir. Təbii ki, bu məsələ Azərbaycanı da narahat edir. Çünki İsrail Azərbaycanın strateji müttəfiqləri sırasındadır. Ermənistanın İsraildə səfirlik açması öz növbəsində İranın da maraqlarına ziddir. Ehtimal ki, bu səfirlik Qüdsdə açılacaq. Bu da İranın razılaşa bilməyəcəyi bir məsələdir. Digər tərəfdən, Ermənistan-İsrail münasibətlərinin qurulması İsrailin İranın şimal çıxışını bağlaması deməkdir. Buna görə də İran bu proseslərə biganə qala bilməz”.

Tarix
2020.05.23 / 11:39
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla