Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 İyul 2020


Misir mediası Qarabağla bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin aparıcı KİV-ləri – “Şbbabalnil”, “Əl-Bavabnews” və “Elvathiqa” portalları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı qondarma erməni rejimi tərəfindən mayın 21-də keçirilmiş “andiçmə mərasimi” ilə bağlı “Vətənpərvər” - Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bəyanatını yayıb.

Axar.az xəbər verir ki, “Azərbaycan icması Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” Misirin tanımamasını yüksək qiymətləndirib” sərlövhəli məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə saxta “seçkilərin” və “andiçmə mərasiminin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır, həmçinin soydaşlarımızın bu qanunazidd hərəkətləri tanımayan Misir dövlətinə təşəkkür etdiyi bildirilir.

Bəyanatın mətnində qeyd olunur ki, dünyada tüğyan edən koronavirus pandemiyası dövründə BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan və onun dəstəklədiyi separatçı qondarma rejim mayın 21-də Azərbaycanın Şuşa şəhərində qanunsuz “andiçmə mərasimi” keçirib. Əlavə edilib ki, bu hərəkətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, aparılan danışıqlar prosesində ciddi zərbədir. Misir oxucularına məlumat verilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, GUAM bu saxta seçkiləri tanımayıb və onu qətiyyətlə pisləyib.

Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.

“Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, - deyə məqalənin sonunda bildirilir.

Tarix
2020.05.25 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşayeva Tovuzda düşmən təxribatından danışdı - Video

Tovuzdakı təxribatın davamı: içimizdəki düşmənlər...

Paşinyanın yoxsulluğu unutdurma “planı”

O, təxribat olacağından əmin idi, tapşırıqlar vermişdi...

Bu hərbi cinayət əmrini o verib - Deputat

İrəvan Tovuz təxribatına necə cəsarət etdi? – Türk ekspert

Ermənistan dünya birliyinə meydan oxuyur - Barlas

Azərbaycanın ərazi bütövlüyü İranın strategiyasıdır - Vaezi

30 ildir davam edən düşmənçilik bunun sübutudur - Səfir

Ermənistan niyə bu təxribatlara getdi? - PA rəsmisi

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla