Yuxarı

Erməni general: Bakı bütün istiqamətlərdən hücum edir – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni general: Bakı bütün istiqamətlərdən hücum edir – Video

Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.

“Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - o deyib.

Erməni general, həmçinin, onu qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var:

“Bu təlimləri yerinə yetirən Azərbaycan, eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər”, - deyə Ter-Qriqoryants vurğulayıb.

O, əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur.

Tarix
2020.05.26 / 15:17
Müəllif
Zaur, Rəfiqə
Digər xəbərlər

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubovun döşünə orden taxdı - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

İlham Əliyev yeni baş naziri təbrik etdi

AZAL təyyarəsi ilə bağlı mühüm açıqlama

Bu ölkə Bakıda səfirlik açacaq

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla