Yuxarı

İrəvan bunu nə qədər tez dərk edərsə... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bunu nə qədər tez dərk edərsə... - XİN

Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi, münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib.

XİN rəsmisi bildirib ki, ərazilərimizdən işğalçı qüvvələr çıxarılmalı, həmin ərazilərdən didərgin salınmış insanlarımızın hüquqları bərpa olunmalı, onlar öz evlərinə geri qayıtmalıdırlar:

“Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz. Bu, dövlət başçımız tərəfindən dəfələrlə və ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib. Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan da, beynəlxalq ictimaiyyət də, Ermənistanın saxtakarlıqlarla, yalanlarla danışıqlar prosesini uzatmasına icazə verməyəcək”.

Tarix
2020.05.27 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla