Yuxarı

Almaniyada insident: Azərbaycanlı həbs olundu, ara qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada insident: Azərbaycanlı həbs olundu, ara qarışdı

Almaniyanın Şvabax şəhər məhkəməsində bir azərbaycanlı ailənin iştirakı ilə insident baş verib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Bavariyanın "Nordbayern” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, məhkəmə 18 yaşlı bir azərbaycanlını iki il dörd ay həbs cəzasına məhkum edib, bu, onun dostu və qohumlarının – atası, anası və bacısının son dərəcə mənfi reaksiyasına səbəb olub.

Oğlan dələduzluğa görə tutulub. Təqsirləndirilən şəxsin Azərbaycana getməsinin mümkünlüyünü qeyd etdiyini nəzərə alaraq, prokuror dərhal həbs qərarı tələb edib. Məhkəmə prosesi ötən ilin sentyabrında keçirilib. Gənc oğlan vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanı olmadan məhkum edilib.

Bu qərardan apellyasiya şikayəti verilib. Apellyasiya məhkəməsi ötən həftə keçirilib. Hökm dəyişdirilməyib. Bu, həbs olunanın yaxınlarını və dostunu qəzəbləndirb. Onlar məhkumu məhkəmə zalından çıxarmalı olan polisə hücum ediblər. Köməyə bir neçə patrul çağırılıb, lakin onların qohumları sakitləşdirmək cəhdi bir nəticə verməyib.

İnsident zamanı ailə üzvləri məhkəməni, oğlan sərbəst buraxılmasa, intihar etməklə hədələməyə başlayıblar. Nəticədə polis və köməyə çağırılan təcili yardım briqadası etirazçıları birtəhər sakitləşdirə biliblər. Ailə üzvləri rayon xəstəxanasına aparılıb və psixatriya şöbəsinə yerləşdirilib.

Tarix
2020.05.27 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla