Yuxarı

Komitə sədri Bərdədə vətəndaşlarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bərdədə vətəndaşlarla görüşüb.

Axar.az xəbər verir ki, Operativ Qərərgahın müəyyən etdiyi sosial məsafə şərtlərini və 10 nəfərlik məhdudiyyət tələblərinə əməl edərək, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri də rayonun Qaradırnaq kəndindən görüş üçün müraciət edən sakinləriin qəbulunda iştirak edib.

İlk növbədə, dövlət-vətəndaş münaisbətlərinin yeni mərhələsi və ölkə rəhbərliyinin xalqa xidmətin əsas prinsiplərini-sosial ədalət , insanlara yaxınlıq və daimi kommunikasiya tələblərinə əməl edərək, belə bir görüşün keçirilməsi hər bir sakinin nitqində razılıq hissi ilə qarşılanıb.Kütləvi informasiya vasitələrində geniş təqdim olunan və ətrafında müəyyən kampaniyalar aparılan Qaradırnaq kəndinin bir qrup sakini tərəfindən yerli icra və bələdiyyə təmsilçiləri arasında yaranan insindentlə bağlı baş vermiş insindentin əsil mahiyyəti, sosial xarakteri, hüquqi təfərrüatları ətrafında geniş dayanılıb, hər bir epizodun qanunlar çərçivəsində, obyektiv araşdırılması üçün müvafiq arqumentlər səsləndirilib.

Görüşdə eləcə də vurğulanıb ki, bögələrin inkişafı məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərin ünvanlı xarakter daşıması, həmçinin torpaq islahatları həyata keçirilərkən ehtiyat fondların yaradılması, eləcə də bələdiyyə orqanlarının sərəncamında olan resurslardan səmərəli istifadə olunması hazırki reallıqda ən vacib tələb kimi qarşıda dayanır.Ona görə də bütün problemlərin yerli hakimiyyət orqanları ilə daimi ünsiyyət, qanunlara hörmət və səmimi atmosferin yaradılması şəraitində həll edilməsi daha effektlidir.Hüquq-mühafizə orqanlarının, xüsusilə də polis orqanlarının son 2 ayda yüksək fədakarlığı görüşdə xüsusi qabardılıb, hər bir vətəndaşın təhlükəsizliyinin qornmasında onların misilsiz əməyi minnətdarlıq hissi ilə qeyd olunub.Komitə sədri bildirib ki, bundan sonrakı hüquqi mərhələlərdə də proses onun nəzarətində olacaq, insindent zamanı saxlanılan bir neçə şəxslə bağlı araşdırmalar daim diqqət mərkəzində saxlanılacaq.

Daha sonra Z.Oruc bir neçə sakinin müraciəti əsasında irriqasiya, suvarma sistemləri ilə bağlı iki kənddə məhdud saylı şəxslərlə müəyyən ərazilərə baxış keçirib, təmsil etdiyi bölgənin aqrar həyatı ilə bağlı məsələləri müzakirə edib. Xüsusilə yeni artezian quyularının qazılması və pandemiyadan əvvəl başlayan işlərin davam etdirilməsi ilə bağlı proseslərlə maraqlanıb.

Həmçinin, Komitə sədri, sosial məsafə normaları nəzərə alınmaqla yerli sakinlərlə görüşüb, orada vurğulanıb ki, pandemiyadan xalqımız və dövlətimiz ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla çıxıb, artıq bölgələrdə, əsasən də kəndlərlə aktiv fəaliyyət tam bərpa edilib.

Tarix
2020.05.28 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla