Yuxarı

Bakıya giriş-çıxış bərpa edilir? - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya giriş-çıxış bərpa edilir? - Rəsmi

Azərbaycan Dəmir Yolları QSC beynəlxalq və ölkədaxili sərnişindaşıma fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natavan Bayramova bildirib.

Onun sözlərinə görə, ancaq Azərbaycan Dəmir Yolları QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq da bərpa edəcək.

"Lakin buna baxmayaraq, Azərbaycan Dəmir Yolları QSC bu müddət ərzində qatarların, xətlərin, yolların xidmətə hazır vəziyyətdə olması üçün müvafiq texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə, beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu, Nazirlər Kabinetinin qərarından asılıdır”, - N.Bayramova bildirib.

O əlavə edib ki, bütün sahələrə olduğu kimi, pandemiya Dəmir Yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib:

"Düzdür, yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb.

Yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə məhdud sayda qatar işləyir. Statistik göstəricilərə gəlincə, bu ilin birinci rübü üçün ən çox sərnişini fevral ayında daşımışıq, 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.

Məlumat üçün bildirim ki, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığını nəzərə alaraq, xəttə daha 2 qatar buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar əlavə edilib”.

Tarix
2020.05.28 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla