Yuxarı

ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar

Kaliforniya qubernatoru Gevin Nyusom 1982-ci ildə Los-Ancelesdə Türkiyə diplomatını qətlə yetirmiş erməni Xampinq Sasunyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib.

Axar.az xəbər verir ki, qubernator Nyusom daha əvvəl Sasunyanı şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yararlı hesab edən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının qərarını ləğv edib.

Qubernator bildirib: “İş üzrə sübutları öyrənəndən və nəzərdən keçirəndən sonra hesab edirəm ki, Sasunyan bütün ehtiyat tədbirləri nəzərə alınmaqla, azadlığa buraxılmamışdan əvvəl o, əlavə iş yerinə yetirməlidir. O, azad ediləcəyi təqdirdə, cəmiyyət üçün hələ də müəyyən təhlükə törədir və mən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının Sasunyanın azad edilməsinə dair qərarını ləğv edirəm".

Sasunyan və onun cinayət yoldaşı Krikor Saliba 1982-ci il yanvarın 28-də türk diplomat Kamal Arıkanı odlu silahla qətlə yetirib. On dörd güllə yarası alan Arıkan yerindəcə keçinib. Saliba ədalət mühakiməsindən yaxasını qurtara bilib, lakin Sasunyan 1984-cü ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.

1970-ci illərin ortalarından etibarən Türkiyənin 40-dan çox diplomatı, o cümlədən ABŞ-da dörd diplomatı erməni terrorçuların hücumları nəticəsində həlak olub. Hücumların böyük əksəriyyəti "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) və "Erməni Soyqırımı Ədalət Komandanlığı" (JCAG) terror təşkilatları tərəfindən törədilib. Qətllər ABŞ, Avstriya, Fransa, İtaliya, İspaniya, Livan, Yunanıstan, İsveçrə, Niderland, Kanada, Portuqaliya, İran və Böyük Britaniyada baş verib.

Tarix
2020.05.28 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limitlə bağlı məsələyə yenidən baxılacaq

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla