Yuxarı

Prezident bu sözü təsadüfən demədi: Hərbi variant… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:00

Azərbaycan üçün münaqişənin güc yolu ilə həlli hər zaman aktualdır. Buna həm hüquqi, həm hərbi, həm də iqtisadi imkanlarımız var. Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməkdə göstərdiyi səylər zəiflik deyil, beynəlxalq hüquqa olan hörmətdən qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, bu gün məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır:

“Qobu Park-3” yaşayış kompleksinin açılışında ölkə başçısının iştirak etməsi çox önəmli bir addım idi. Bu, əslində, bir daha ölkə başçısının məcburi köçkünlərə olan qayğısının təcəssümüdür. Ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız şəraitdə - vaqonlarda, çadırlarda yaşayırdılar. Bu gün ölkədə bircə çadır şəhərciyi belə qalmayıb”.

Q.Hüseynli Prezidentin çıxışı zamanı Qarabağ münaqişəsinə toxunmasına da diqqət çəkib:

“Ölkə başçısı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu mövzunun daim Azərbaycan üçün prioritet olduğunu vurğulayıb. Bu gün Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat irəlidədir. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ndə də Azərbaycan diplomatik üstünlüyü sübut olundu. Təsadüfi deyil ki, ölkə başçısı çıxışı zamanı “o saxta, dırnaqarası prezidenti heç kim tanımadı” dedi. Dünyanın aparıcı ölkələri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa, Rusiya, həmçinin Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bu seçkiləri tanınmamaqla bağlı bəyanat verdilər və qeyd etdilər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bu gün Azərbaycan hərbi cəhətdən Ermənistandan çox üstündür. Düzdür, kənardan bu fərqli görünsə də, əslində, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin bu, Azərbaycanın müharibə variantına əl atmayacağı demək deyil. Azərbaycan hər an hərbi yolla öz torpaqlarını geri qaytara bilər. Bu gün bunun üçün kifayət qədər potensialımız, imkanımız var. Lakin biz istənilən halda münaqişənin dinc yolla həllində maraqlıyıq. Ölkə başçısının çıxışı zamanı bu məsələlərə xüsusi yer ayırması, əslində, mövcud vəziyyəti aktuallaşdırmağa yönəlib”.

Politoloq deyib ki, hazırda dünyada güc amili ön plana çıxır:

“Azərbaycan bütün hallarda güc variantından istifadə edə bilər. Təsadüfi deyil ki, Prezident “bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik" ifadəsinin işlətdi”.

Tarix
2020.05.30 / 12:27
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla