Yuxarı

Meksika mediası: Azərbaycan iri addımlarla irəliləyir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın “Protokol – xarici işlər və həyat tərzi” jurnalında Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan iri addımlarla irəliləyir” sərlövhəli məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə, 1 əsrdən çox tarixə malik olan İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə 28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə məlumat verilir. Yazıda, həmçinin qısa sürən mövcudluğuna baxmayaraq, xalqın gücü, insan hüquqları, millətlərin bərabərliyi, irqi və dini bərabərlik, söz və sərbəst toplaşmaq azadlığı kimi bu gün də təməl sayılan əsas demokratik dəyərlərin qəbul edilərək həyata keçirildiyi, bir çox qərb ölkələrindən daha əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi tarixə adını yazdığı qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yalnız 23 ay mövcud olduğu və bolşevik işğalı nəticəsində süquta uğradığı, lakin buna baxmayarq, müstəqillik ideyasının Azərbaycan xalqının yaddaşına həkk olunduğu və 70 ildən sonra, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının demokratik ənənələrə sadiq qalaraq, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi kimi müstəqilliyini yenidən bərpa etdiyi oxucuların diqqətinə çatdırılır.

Məqalədə, müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşdiyi, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı vurğulanır, xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması və onun müdrik və uğurlu siyasəti sayəsində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmlətməyə nail olduğu qeyd olunur.

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdiyi və ölkəmizin regionda lider ölkələrdən birinə çevrildiyi, hazırda Cənubi Qafqaz regionu iqtisadiyyatının 70 faizinin məhz Azərbaycana məxsus olduğu diqqətə çatdırılır.

Məqalədə həmçinin Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, habelə Trans Anadolu (TANAP), Trans Adriatik (TAP), Cənub Qafqaz qaz kəmərləri kimi beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bildirilir. Ölkəmizin iri infrastuktur layihələri, o cümlədən Asiya ilə Avropanı birləşdirən tarixi İpək Yolu üzərində qurulmuş Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrlə strateji mərkəzə çevrildiyi qeyd olunur, rabitə, turizm, kənd təsərrüfatı kimi qeyri-neft sahələrinin də inkişaf etdiyi diqqətə çatdırılır.

Tarix
2020.05.30 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla