Yuxarı

Ekspert: Türkiyə bu ölkənin taleyini dəyişdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Türkiyə bu ölkənin taleyini dəyişdi - Video

09:07

Mövcud siyasi proseslər bir daha onu göstərdi ki, istər Suriya, istərsə də Liviyada hər hansı bir qalıcı sülhün əldə edilməsi üçün Türkiyə faktoru nəzərə alınmalıdır. Yəni Türkiyənin regionda maraqlarını görməzdən gəlmək olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankaranın Liviyada gedişatı müəyyənləşdirməsi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Çavuşoğlunun bu açıqlaması yerində verilən bir bəyanatdır:

"Həqiqətən də Haftar xarici qüvvələrin dəstəyi nəticəsində keçici bir üstünlük əldə etmişdi. Mən bundan öncə də dəfələrlə bu üstünlüyün keçici olduğunu demişdim. Hətta yanvar ayında mətbuatda Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi ilə bağlı xəbərlər verilərkən də bunun nisbi üstünlük olduğu bəlli idi. Mövcud vəziyyət bir daha onu göstərdi ki, Haftar müttəfiqləri olmadan Liviyada heç bir gücə sahib deyil. Bu gün müttəfiqlərindən lazımi dəstək ala bilməyən Haftar tədricən geriləməyə başlayıb".

Ekspert bildirib ki, Haftar tamamilə məğlub olmayıb:

"Haftarın mövcud vəziyyəti nə qədər ağır olsa da, onu siyasi səhnədən silmək hələ tezdir. Yəni mövcud vəziyyətdə Haftarın Liviya siyasətindən belə asan getməsi real səslənmir. Çünki Liviya kifayət qədər strateji və bir o qədər də təbii sərvətlərlə zəngin ölkədir. Tarix boyu bu ölkə böyük güclərin maraq dairəsində olub, olmağa davam edəcək. Bu mənada Haftardan istifadə etmək istəyən qüvvələr hələ tam ondan üz döndərməyib".

Tarix
2020.06.04 / 10:40
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla