Yuxarı

Azərbaycanlı polis mayoru Tiflisdə öldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı polis mayoru Tiflisdə öldü

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) ekspert-kriminalisti, polis mayoru 39 yaşlı Sahib Heydərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Axar.az xəbər verir ki, onu iyunun 3-də Tiflisdə partlayış baş verən qazdoldurma məntəqəsində əlavə istintaq tədbirləri həyata keçirərkən cərəyan vurub.

S.Heydərov xəstəxnaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

DİN əməkdaşının vəfatı ilə bağlı onun ailəsi və yaxınlarına başsağlığı verib.

Fakt üzrə xüsusi obyektlərdə təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Marneuli sakini olan S.Heydərov DİN-nin Ekspertiza Xidmətinin Tiflis departamentinin əməkdaşı olub. Rayonda sərt karantin rejiminin tətbiq olunduğu dövrdə o, yerli polis əməkdaşlarına yaxından kömək göstərib.

Tarix
2020.06.06 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla