Yuxarı

Polis Yasamalda evə niyə o cür girdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın heç bir yerində polisə zor tətbiqi bağışlanmır; dünyanın ən demokratik ölkəsində belə polisə güllə atan cinayətkar həbs edilmir – onu həmin polisin həmkarları silahsız olsa belə, yaxalayan kimi dərhal öldürür.

Bu, bizim xoşumuza gəlsə də, gəlməsə də, yazılmamış qaydadır və dünyanın bütün polisləri bu qaydaya sidq-ürəklə əməl edirlər.

Bu, bir tərəfdən polislərin bir-birini qorumaq istəyidirsə, digər tərəfdən qanunun ən sərt şəkildə mühafizə olunmasıdır. Polisə saldırı – qanuna saldırıdır.

Gələk Yasamalda baş verən olaya - polisin evə o şəkildə kobud girməsinə və yorğan-döşəkdə olan vətəndaşın həbsinə...

Artıq DİN bu barədə açıqlama verib və qanunu pozan hər kəsin cəzalanacağını elan edib.

Ancaq məsələnin bir fərqli tərəfi var. Əvvəla, polisin qapını döyməsindən “yorğan-döşəkdəki” kişi xəbərsiz idimi?

Qapını kişi döyür, dur yorğan-döşəkdən, geyin və evin kişisi olaraq qapını aç!

Xanımları polisin qabağına göndərməzlər!

Xanımların arxasında və yorğan döşəkdə gizlənməzlər!

Polisin başına butulka atıb, tapılmayacağınla öyünməzlər!

Bəli, polis qanunları pozdu və həddən artıq kobudluq etdi; bəli, qanunla polis evə o cür girməməli idi!

Amma bu, başına butulka atdığın polisin həmkarlarıdır və onlar bir daha hamıya elan etdilər ki, polisə fiziki müdaxilə edəni, polisin həyatını təhlükəyə atanı heç bir halda bağışlamayacaqlar!

Polis bütün dünyada olan yazılmamış qayda-qanunlarla hərəkət etdi. Ki, sən polisin başına butulka atmaqla onun həyatını təhlükəyə atarsansa, üstünə zibil torpası atmaqla təhqir edərsənsə, cəzanı məhkəmədən, qanundan əvvəl polisdən alacaqsan!

Kanadada çox mühüm bir qanun var: polis mundirində olan şəxsə istənilən təhqir dövlət rəmzlərinin təhqiri kimi qarşılanır. Çünki onun mundirində, uniformasında dövlətin atributu – Bayrağı var və o polis o bayrağı, o gerbi təmsil edirsə, sən ona hücum edə bilməzsən! Edərsənsə, dövlətə hücum etmiş sayılarsan!

Bəs, siz üstündə Azərbaycan bayrağı gəzdirən polisin başına niyə çamur atırsınız?

Bu, həmən polisdir ki, gün ərzində 20 hamilə qadını xəstəxanaya çatdırıb; bu həmin polisdir ki, icazəsiz evdən çıxan xanımı bacısının dəfninə öz maşınında aparıb; bu həmin polisdir ki, yeməyini sizinlə bölüb, evinizə çörək alıb gətirib.

Bu, o polisdir ki, hansımızınsa qardaşı, dayısıoğlu, əmisioğlu, dostudur.

Azərbaycan nə boyda ölkədir ki! Hər ailədə də olmasa, hər 2-3 ailədən birinin doğması polis sıralarındadır.

Bəs, siz onun başına atılan butulkanı heçmi düşünmürsünüz? Birdən o butulka o polisin həyatına son qoyaydı: onda necə olacaqdı?

Polisin Yasamalda evə o cür girməsinin və o videonu yaymasının səbəbi budur: polisə zorakılıq edərsənsə, polisin başına butulka atarsansa, polisin təpəsinə zibil torpalarını tullayarsansa, yorğan-döşəkdən götürüləcəksən və qanun qarşısına da polisi təhqirinə adekvat şəkildə aparılacaqsan!

Yoxsa sözdən anlamayanların zordan anladığını bilmirsiniz?!

Tarix
2020.06.09 / 09:33
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla