Yuxarı

Trampın ordunu geri çəkməsinin səbəbləri - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İraqdan və digər region ölkələrindən qoşunlarını çıxarma səbəbində ciddi dəyişikliklər var. Belə ki, Tramp 2019-cu ildə bu addımı özünü ABŞ-ın daxili auditoriyasının gözündə yüksəltmək naminə atırdısa, hazırda hakimiyyətini qorumaq üçün edir. Mövcud vəziyyət nəinki Tramp administrasiyasına, bütövlükdə ABŞ dövlətçiliyinə ciddi təhlükədir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın İraqdakı hərbçilərinin sayını azaltması haqda danışarkən deyib. O bildirib ki, ABŞ-ın təkcə İraqdan deyil, bütövlükdə Yaxın Şərqdən qoşunlarını çıxarması onun region üçün nəzərdə tutduğu planları ilə üst-üstə düşmür:

“Çünki Yaxın Şərq rəsmi Vaşinqtonun əsas xarici siyasət prioritetlərindən olub. ABŞ-ın bu gün Yaxın Şərq siyasətinin iki əsas ana xətti var: Birincisi, bölgənin yanacaq ehtiyatlarının digər güclərin əlinə keçməməsi və ABŞ maraqları çərçivəsində istismar edilməsi; ikincisi, İsrailin regionda təhlükəsizliyini təmin etmək”.

Q.Hüseynlinin sözlərinə görə, ABŞ-da baş verən daxili etirazlar xarici siyasətə ciddi təsir edib:

“ABŞ-ın İraqdan qoşununu çıxarması təbliğat xarakteri daşıyır. Xüsusilə qoşunların tam çıxarılma tarixi bəlli deyil. Yəni qoşunlar çıxarılmaya da bilər. ABŞ-ın belə bir qərar qəbul etməsində əlbəttə ki, bir çox səbəblər mövcuddur.

Birincisi, qarşıdan prezident seçkiləri gəlir. Tramp administrasiyası Əfqanıstan, Suriya, İraqdan qoşunların say tərkibini azaldacağını rəsmi şəkildə vurğulayıb. Aydın məsələdir ki, Tramp bu yolla ABŞ vətəndaşlarının gözündə özünü “sülh göyərçini” kimi göstərməyə çalışır.

İkincisi, ABŞ regionda artıq ona etimadın qalmadığını düşünür. Məsələ ondadır ki, ABŞ-ın Yaxın Şərqə gəlməsi regiona nəinki sülh gətirmədi, əksinə, 50 ilə ancaq bərpa olunacaq dağıntılar yaratdı. Bu gün heç kəsə sirr deyil ki, regionda Türkiyə, Rusiya, İran kimi ölkələr də ABŞ-dan narazıdır. Bu ölkələr ABŞ-ı regionda istəmir. Məhz bu səbəbdən Tramp administrasiyası qoşunları geri çəkərək, regionda güc boşluğu yaratmaq istəyir. Beləliklə, region üçün nə dərəcədə vacib olduğunu isbat edə biləcək.

Üçüncüsü, ABŞ-da baş verən etiraz dalğası günü-gündən artmaqda davam edir. Faktiki olaraq bu gün ABŞ-da anarxiya yaşanır. Hökumət ordunu hərəkətə keçirməyə hazırlaşır. Lakin görünür, ABŞ-ın ölkədəki mövcud ordu kontingenti kifayət qədər deyil. ABŞ-ın Yaxın Şərqdən qoşunlarını belə tez çıxarmaq istəməsi ölkədə vəziyyətin nə dərəcə ciddi olduğunu bir daha göstərir”.

Tarix
2020.06.13 / 08:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla