Yuxarı

Elmar Məmmədyarov erməni həmkarıyla görüşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov erməni həmkarıyla görüşəcək

2014-cü ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü keçiriləcək. bu barədə ATƏT-in rəsmi saytının yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, dünən Minsk Qrupu həmsədrləri Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfərləri bağlı birgə bəyanat veriblər. Bəyanatda bildirilir ki, İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprşik, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son vəziyyəti müzakirə etmək üçün 15-19 dekabr tarixlərində bölgədə səfərdə olublar.

Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri və qondarma "DQR"in rəhbəri ilə görüşdükləri və prezidentlərin Vyanada, xarici işlər nazirlərinin isə Kiyevdə apardıqları müzakirələrin nəticələri barədə fikir mübadiləsi apardıqları bildirilir.

ATƏT-in rəsmi saytının açıqlamasında qeyd olunur ki, həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni rəhbəri ilə münaqişə ilə bağlı müzakirə aparmaq üçün İsveçrəyə gedəcəklər. Onlardan sonra hər iki ölkənin xarici işlər nazirlərinin gözlənilən zirvə toplantısına hazırlıqla bağlı görüşləri planlaşdırılır (anspress.com)

Tarix
2013.12.21 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla