Yuxarı

"Palmali"dən Mənsimovla bağlı açıqlama: Nə deyilibsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palmali Şirkətlər Qrupunun qurucusu Mübariz Qurbanoğluna qarşı başladılan istintaq artıq məhkəmə mərhələsinə keçib.

Axar.az xəbər verir ki, bu sözlər Palmali Şirkətlər Qrupunun media açıqlamasında əks olunub.

Açıqlamada indiyə qədər bəzi media orqanlarında Mübariz Mənsimovla bağlı mücərrəd və yalan şahid ifadələrindən ibarət məqsədli şəkildə xəbərlərin verildiyi bildirilib:

“Mənsimovun adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylənən bütün söz və ifadələr təhrif edilib və həqiqəti əks etdirmir. Təqsiri sübut edilməyincə, heç kim günahkar sayıla bilməz və hər kəsin ədalətli məhkəmə dartışması hüququna malik olduğu şübhəsizdir. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, cənab Qurbanoğlu haqqında davam edən məhkəmə prosesinə qəsdən təsir göstərmək məqsədi daşıyan, saxta şahid ifadələrinin gerçək kimi təqdim edildiyi bu cür məqsədli və insan haqlarına zərbə vuran xəbərlərə etibar edilməməsinin zəruriliyini, hörmətli Qurbanoğlunun davam edən hüquqi proses zamanı günahsız olmasının sübuta yetiriləcəyinə dair inanımımızın tam olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”.

Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan isə bildirib ki, hüquqlarını müdafiə etdiyi Mübariz Qurbanoğluna qarşı irəli sürülən iddianamə cavabdeh olan məhkəmə tərəfindən qiymətləndirilmə mərhələsindədir:

“İstintaqdakı məxfilik qərarı ləğv olunmasa da, 12.06.2020-ci il tarixindən bəri bəzi media orqanlarında Mübariz Qurbanoğlu haqqında əsassız və iftira dolu şahid ifadələrinin gerçək kimi xəbər başlıqlarına çıxarılması məhkəməyə təzyiq göstərmək və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Bəzi media orqanlarının mətbuat azadlığı ilə uzlaşmayan və istintaqın məxfiliyini pozan bu yanaşması müvəkkilimin etibarını zədələməyə yönəlmiş təzyiq əməliyyatının və ona qarşı qurulmuş böhtan kampaniyasının davam etdiyini göstərir. Bu səbəbdən müvəkkilim haqqında bir sıra media orqanlarında bu tip xəbərlərə inanılmamasının vacibliyini bildirərək, ictimaiyyətə hörmətimi ifadə edirəm”.

Tarix
2020.06.14 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla