Yuxarı

Mübariz Mənsimov nədə ittiham edilir? - Prokurorluq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz Mənsimov nədə ittiham edilir? - Prokurorluq

"Fətullahçı Terror Təşkilatına üzv olmaq" cinayəti ilə ittiham olunan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov (Qurbanoğlu) haqqında ittihamın bəzi detalları üzə çıxıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən M.Qurbanoğlu haqqında 26 səhifəlik ittiham aktı hazırlanıb.

İttiham aktında şübhəli şəxsin FETÖ ilə əlaqəsi bir-bir yazılıb. Eyni zamanda, Fəthullah Gülənə aid əşyaları muzeydə sərgilədiyi iddia edilib.

Bildirilib ki, M.Mənsimovun təşkilatın bir çox sahə üzrə rəhbərləri ilə intensiv şəkildə əlaqə və əməkdaşlığı 2016-cı ilə qədər davam edib. FETÖ-nin xaricdəki təşkilatlarından məsuliyyətli olan Əhməd Həmdi Vural ilə gizli şəkildə görüşləri və əlaqəsi olub.

İttihamda vurğulanır ki, şübhəli şəxs təşkilatın digər üzvləri kimi, müdafiə olunmaqdan (dövlət tərəfindən vəkillə təmin olunmaqdan) imtina edib. Şübhəli şəxsin təşkilatdan verilən göstərişlər əsasında fəaliyyətlərdə olduğu da qeyd edilib.

Prokurorluq şübhəli şəxsin "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə cəzalandırılmasını tələb edib.

Mübariz Mənsimovla bağlı məhkəmə prosesi İstanbul Ağır Cəza Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, 15 martda hüquq-mühafizə orqanları M.Mənsimovun evində axtarış aparıb və o, həmin gün saxlanılıb. 17 martda isə M.Mənsimov barəsində istintaq müddətində həbs qərarı verilib. 17 iyunda istintaq işi məhkəməyə göndərilib.

M.Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.

Tarix
2020.06.17 / 22:10
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla