Yuxarı

Paşazadə: “Haqqımda yazılanların sifarişçisini tanıyıram”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşazadə: “Haqqımda yazılanların sifarişçisini tanıyıram”

"Yeni Müsavat"da haqqımda gedən məqalənin kimlərin sifarişi əsasında yazıldığını yaxşı bilirəm. Lazım olsa ölkəyə qayıdan kimi böhtan xarakterli yazıların sifarişçilərinin adını açıqlayacağam".

Bu sözləri millət vəkili Cavanşir Paşazadə "musavat.com" saytında gedən və Türkiyədəki son həbslərlə əlaqələndirilən "Rza Zərrabın Bakıdakı əsas adamı - Cavanşir Paşazadə..." adlı yazıya münasibət bildirirəkən "Axar.az" dedi. Millət vəkili həmçinin "Yeni Müsavat"ı məhkəmə ilə də hədələdi:

"Mən o insanı (Rza Zərrab nəzərdə tutulur – red.) tanımıram və görsəm də tanımaram. Mənim o insanla heç bir əlaqəm yoxdur. Bu yazı jurnalist təxəllüyünün məhsuludur. İndi ölkə xaricindəyəm, yanvarın 10-da qayıdıram və ölkəyə qayıdan kimi "Yeni Müsavat" qəzetini məhkəməyə verəcəm. Bu arada Palmali Şirkətlər Qrupunun da bu çirkin işdə adını hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində tədqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsubovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər. Ona görə də azərbaycanlı iş adamına bu cür böhtan atmaq düzgün deyil".

Tarix
2013.12.21 / 14:56
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla